Məşhur aktyor Jan Poll Belmonda vəfat etdi-FOTO

0

Fransız aktyor Jan Poll Belmondo 89 yaşında vəfat edib. Onun 2001-ci ildə insult keçirdikdən sonra, səhhətində problemlər yaranıb.

İctimairey.a yerli məlumata istinadən xəbər verir ki, sənətçi 1950-ci illərdən filmlərdə oynamağa başlayıb. 1960-cı ildə çəkilmiş Jan-Lyuka Qodarın “Son nəfəsdə” filmindəki rolu ilə məşhur olub.

Belmondonun iştirakı ilə ən yaddaqalan filmlərindən biri 1981-ci ilin “Professional” filmi olub. Ümumiyyətlə aktyor 80 –dən çox filmə çəkilib. Belmondo 1980-ci illərin ortalarına qədər Fransanın ən uğurlu qazanc əldə edən aktyorlarından biri idi.

2001 -ci ildə insultdan sonra Belmondo müvəqqəti olaraq, teatr və kinoda işləməyi dayandırıb. 2008-ci ildə aktyor Francis Yuster-in rejissorluğu ilə çəkilən “Adam və onun iti” filmində böyük ekrana qayıdıb. 2015 -ci ilin əvvəlində Belmondo aktyor kimi təqaüdə çıxdığını elan edib.

Dünya kinosuna verdiyi töhfələrə görə, Cesar mükafatına, Kann Film Festivalında Fəxri Palma Budağına və “Qızıl Aslan” Mükafatına layiq görülmüşdür.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »