İtaliyada çimərlikdə dronlarla hərarətin ölçülməsi planı etirazlardan sonra ləğv edilib

0

İtaliyada COVID-19-a yoluxma hallarının minimuma endirilməsi üçün çimərliklərdə termal kameralarla təchiz edilmiş pilotsuz uçan aparatlarla (PUA) insanların hərarətini ölçmək planı etirazlar səbəbindən ləğv olunub.

İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Romanın Ostiya rayonunda bu həftəsonu çimərliklərdə dronlarla insanların hərarətinin ölçülməsi və hərarəti 37,5 dərəcədən yuxarı olanların COVID testindən keçməsi planlaşdırılırdı. Regional sağlamlıq agentliyi “ASL” sentyabrın 4-5-də saat 11-16:00 arasında çimərliklərdə pilotsuz uçan aparatlarla insanların hərarətinin ölçüləcəyini açıqlamışdı. Bildirilirdi ki, pilotsuz uçan aparatlar dəniz səviyyəsindən ən azı 25 metr və insanlardan isə 30 metr yüksəklikdə uçacaq.

Lakin bu addım Ostiyanın da daxil olduğu Latsio bölgəsinin rəhbərliyi və müxalifət də daxil olmaqla geniş kütlənin etirazına səbəb olub.

Reaksiyalar və bölgə rəhbərliyinin etirazı səbəbindən PUA-larla hərarətin ölçülməsi planı ləğv edilib.

Latsio Bölgəsinim Sağlamlıq İdarəsinin müdiri Alessio D’Amato bu plandan xəbərsiz olduqlarını və həftəsonu dronların Ostiyada uçmayacağını deyib.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »