Yaponlar hakimiyyəti Kuril adaları uğrunda Rusiya ilə amansız müharibəyə başlamağa çağırır

0

“Yahoo News Japan” Yapon internet portalının oxucuları hesab edir ki, Kuril adalarını geri qaytarmaq üçün, əvvəllər əsassız olan siyasətə görə, ölkə hakimiyyəti Rusiya ilə “amansızcasına” davranmalıdır.

İstifadəçilər Yaponiya tərəfinin Cənubi Kuril bölgəsində birgə iqtisadi fəaliyyət təklifinə qarşı çıxan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına belə reaksiya veriblər. Xarici işlər naziri bu təşəbbüsün Rusiya Federasiyası Konstitusiyasına zidd olduğunu xatırladıb.

İctimairey.az Qazeta.runun yazdığı məlumata istinadən xəbər verir ki, – Tsu ləqəbi altında olan istifadəçi rəsmi Tokionu “amansız müharibəyə başlamağa” və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Yuu ləqəbli istifadəçi isə, Yaponiya, Rusiya Federasiyasına qarşı müharibə başlatacağı təqdirdə, Kuril adalarının “şimal ərazilərini” geri qaytaracağına inandığını qeyd edir. Əks təqdirdə, Tokio “alçaqlığa dözmək məcburiyyətində qalacaq”,
“Əslində Yaponiyanın Kuril adalarında sərbəst gömrük zonası yaratmaq təklifi ilə maraqlanması inandırıcı deyil”, – bunu Rusiyanın Yaponiyadakı keçmiş səfiri Aleksandr Panov öz şərhində bildirib.

“Yaponların maraqlandığını düşünmürəm. Orada alver edəcək heç nə yoxdur. Gömrük ərazisində nə satmaq olar? Düşünürəm ki, bu yaponları heç də qane etməyəcək. – deyə diplomat vurğulayıb.

Esmira ŞÜKÜROVA,

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »