Məsud Əfqanıstan xalqının müqavimət göstərməyə davam edəcəyini söyləyir

0

Mərhum Əhməd Şah Məsudun oğlu və Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud sosial mediada insanların heç vaxt müqavimətdən əl çəkməyəcəklərini və haqları uğrunda mübarizə aparacaqlarını söyləyib.

Məsud bildirib ki, müqavimət təkcə Pəncşirlə məhdudlaşmır, həm də öz hüquqları uğrunda mübarizəni davam etdirən Əfqanıstan qadınlarını da əhatə edir.
“Hələ də israrlı olan Pənşir müqaviməti və öz hüquqlarını müdafiə etmək üçün səsini ucaldan Heratdakı qeyrətli bacılarımızın müqaviməti, insanların qanuni tələblərindən əl çəkmədiklərini və qanuni müqavimətlərindən, iradələrindən əl çəkməyəcəklərini göstərir. Heç bir təhdiddən qorxmayın ”, – Məsud Facebook səhifəsində yazıb.

Ötən cümə axşamı, qərbdəki Herat şəhərində bir neçə qadın nümayiş keçirərək qadınların gələcək hökumətə daxil edilməsi şüarını səsləndirib.

Bir gün sonra isə, cümə günü, bir neçə qadın, qadınların siyasi vəzifələri və qərar vermə haqqı da daxil olmaqla, gələcək hökumətə daxil edilməsini tələb etmək üçün, Kabul küçələrinə çıxıb.

Məsudun açıqlamaları Müqavimət Cəbhəsi ilə Taliban arasında son bir neçə gündə davam edən döyüşlər fonunda səslənib.
Keçmiş vitse -prezident və Müqavimət Cəbhəsinin bir hissəsinin rəhbəri olan Əmrullah Saleh, cümə günü yayımladığı bir videoda Pəncşirdə olduğunu və Taliban qüvvələri ilə mübarizəni davam etdirəcəyini söyləyib. Saleh, Tacikistana qaçdığı ilə bağlı xəbərlərə cavab olaraq Pəncşirdə qalacağını və ölkəni tərk etməyəcəyini söyləyib.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »