Prezidentin mobil telefonu yoxdur.
Rusiya prezidenti Vladimir Putin cib telefonunun olmadığını söyləyib.
O, bunu Şərq İqtisadi Forumu zamanı deyib.
Bir jurnalistin ondan telefonu olub-olmadığını soruşduqda Rusiya Federasiyasının Prezidenti, – “yox” – deyə cavabını verib. Əlavə olaraq deyib ki, “Hətta Sankt -Peterburq dövründən, telefonum olmayıb”.
Putinin yalnız hökumət telefonundan istifadə etməsi faktını daha əvvəl mətbuat katibi Dmitri Peskov söyləmişdi. Peskov, Prezidentin heç SMS–də göndərə bilmədiyi faktından da danışıb.
Esmira ŞÜKÜROVA
İctimairey.az