“Mossad” ın keçmiş rəhbəri Iranın nüvə bazasının arxivini gizlicə məhv edib.

0

Birləşmiş Ştatlar tezliklə İraqdakı ordusunu geri çəkə bilər ki, bu da Yaxın Şərqdə Əfqanıstan hadisələrinin təkrarlanması ilə bağlı İsraildə ciddi narahatlıq yaradır.

İctimairey.az xəbər verir ki, bu fikri İsrail xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Mossad Yosi Koen “Yedioth Ahronot” qəzetinə yazdığı məqalədə bildirib.

“Tələsik və nəzarətsiz geri çəkilmə, yaxşı planlaşdırılmamış, dinlərarası müharibədə İraqın tamamilə çökməsinə səbəb ola bilər. Acınacaqlı nəticə isə, İranın ölkə daxilində hərbi, siyasi və terrorçu varlığını gücləndirməsi ola bilər ” – deyə yazıb.

Koenin sözlərinə görə, İranın bütün bölgədə güclənməsi və ABŞ administrasiyasının Tehranla nüvə anlaşması ilə bağlı dialoq qurmaq istəyi ilə əlaqədar vəziyyət daha da dramatik görünür. Mossadın keçmiş rəhbəri qeyd olunan narahatlıqlarla əlaqədar olaraq, “İsrail və onun liderləri” nüvə ölkəsi “olaraq yenilənmiş, hərtərəfli bir strategiya hazırlamalı və aydın diplomatik məqsədlər qoymasını qeyd edib.

ABŞ -dan tələb etmək lazımdır ki, Yaxın Şərqdə stabilliyi qoruyub saxlanması üçün tələsik, nəzarətsiz bir şəkildə qərar çıxardıb, İranın nüvə ölkəsinə çevrilməsinə imkan verməsin. Xatırladaq ki, Koen həmin Koendir ki, İranın 55 min səhifəlik sənəd və 55 min sənədin faylının ölkədən gizli şəkildə çıxarılmasında “Amad” əməliyyatının rəhbərlərindən biri olmuşdu.

Arxivin silinməsi 2 il müddətində, 20 nəfər adları bu günədək gizli qalan və heç birinin İsrail vətəndaşı olmadığını Koen bildirib. Koen İsrailin son zamanlar İranın “Natanz” nüvə obyektində baş verən qəzada və İranın nüvə proqramının rəhbəri, nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsinə də işarə edib. Koen Netenyahu tərəfindən Xarici Kəşfiyyat rəhbəri təyin olunanacan “yüzlərcə pasport” dəyişdirib.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »