“Ulduz” jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməməsinin səbəbini açıqlayıb.
İctimairey.Az xəbər verir ki, Qulu Ağsəs Teleqraf.com-a Şuşaya gedə bilməməsini səhhəti ilə əlaqələndirib: “Səhhətimdə problem var, müalicə alıram. Vaqif Poeziya Günlərinə dəvət edilmişdim, müalicəmə görə tədbirdə iştirak edə bilmədim”.
“Şuşaya dəvət edilən yazıçıların siyahısından razısınızmı?” sualına o: “Siyahıya baxmamışam, bu haqda məlumatlı olmadığıma görə bir söz deyə bilmərəm”, – bildirib.
Qulu Ağsəsin fikrincə, 39 ildən sonra Vaqif Poeziya Günlərinin keçirilməsi, Molla Pənah Vaqif məqbərəsinin açılması, Şuşada böyük bir tədbirin keçirilməsi təkcə ədəbiyyat hadisəsi deyil, həm də siyasi hadisədir.
Comments are closed.