ABŞ, Fransa və İngiltərə bayraqlarını tabuta bükdülər! Taliban 20 il sonra bitən müharibəni necə qeyd etdi

0

ABŞ Əfqanıstanı tamamilə tərk etdikdən sonra, Taliban xüsusi təyinatlıları Kabil Hava Limanını ələ keçirdi.

Taliban müharibənin bitməsini qeyd etmək üçün ABŞ, Fransa və İngiltərə bayraqlı NATO emblemləri olan tabutlardan ibarət saxta bir cənazə mərasimi təşkil edərək, sevinclərini açıq-aşkar biruzə verib. Bayraqlara bükülmüş tabutları küçələrdə görənlər heyrətə gəliblər.

Taliban, ABŞ-ın son qüvvələri təxliyə edildikdən və 20 illik müharibənin bitməsindən sonra, Həmid Kərzai hava limanına nəzarət etməyə başlayıb. Hava limanında gəzən Taliban silahlıları yerdə qalan hücum təyyarələrində, nəhəng tank arsenallarında və tərk edilmiş helikopterlərdə axtarışlar aparıb.

Co Baydenin qoşunları Əfqanıstanı tərk etdikdən bir neçə saat sonra qrupun baş sözçüsü Zabihullah Mücahid Kabul hava limanında zəfərini qeyd etdiyini bildirib. Mücahid “Əfqanıstanı təbrik edirəm. Bu qələbə hamımız üçündür. Tarixi bir gün və tarixi bir andır. Ölkəmizi böyük bir gücdən azad etdiyimiz bu anlarla fəxr edirik” – deyib.

 Esmira ŞÜKÜROVA

İctimarey.az

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »