Sonuncu ABŞ əsgəri ölkədən çıxdıqdan sonra Taliban nümayəndələri Əfqanıstanda Qərbə kömək edən şəxslərin qapısına “Ya təslim olun, ya da ölün” mesajı yazılan məktublar asmağa başlayıb.
İctimairey.Az xəbər verir ki, “xaçlılar üçün işləyənlər” kimi tanıdığı bu şəxslərin məhkəmələrə təslim olmaları tələb olunur.
Belə məktub alanlardan biri ingilis mediasına danışıb. Deyib ki, İngiltərəyə sığınmaq üçün müraciət edib, amma müsbət cavab almayıb: “Sözügedən məktub isə rəsmi idi, üzərində Talibanın möhürü vardı. Mən Taliban məhkəməsinə gedərsəm ölüm cəzası alacağam, təslim olmasam da öldürəcəklər. Bu səbəbdən gizlənirəm və qaçmaq üçün yol axtarıram.
Keçmişdə İngiltərə hərbçiləri üçün tərcüməçilik edən başqa bir əfqan isə deyib ki, məktubda onları nəzərdə tutaraq “kafir casusu” ifadəsinə yer verilib. \\teleqraf\\