Azərbaycan, Rusiya və İran birgə hərbi təlim keçirəcək – Admiral açıqladı

0

Rusiya, Azərbaycan, İran və Qazaxıstandan gələn gəmilərin Dəniz Kuboku yarışlarının bitməsindən sonra sentyabr ayının əvvəlində Xəzər dənizində birgə təlim keçirəcəklər.

İctimairey.Az xəbər verir ki, bu barədə Rusiya Xəzər donanması komandanının müavini kontr-admiral Sergey Yekimov açıqlama verib.

“Dəniz Kuboku bitdikdən dərhal sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin, İran, Qazaxıstan və Azərbaycan dəniz qüvvələrinin döyüş gəmilərinin iştirak edəcəyi birgə təlimlərimiz olacaq”, – Yekimov bildirib.

Onun sözlərinə görə, qalan müddət ərzində Xəzər dənizində birgə məşqlər keçiriləcək.

İranda Dəniz Kuboku yarışına Azərbaycan, Qazaxıstan, İran və Rusiyanın kiçik raket və artilleriya gəmiləri qatılıb. \\Teleqraf.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »