BDU müəllimi ali məktəblərin açılmasına qarşı çıxdı: “Rica edirəm…”

0

“İndi ölkəmizdə əhalinin böyük əksəriyyətini sentyabrın 15-də universitetlərin açılıb-açılmayacağı maraqlandırır. Universitetlərin açılacağından əndişə duyanlar da var, laqeydliklə “görək nə olur?” deyənlər də. Türkiyənin məktəbləri açmaq haqqında qərarı məsələnin rəngini xeyli tündləşdirir”.

İctimairey.Az xəbər verir ki, bunu BDU-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu deyib.

Müəllimin qənaətincə, Bakıdakı universitetlərin yaxın zamanlarda açılması böyük problemlərin yaranmasına səbəb ola bilər:

“Çalışdığım Bakı Dövlət Universitetinin tələbə kontingenti binanın norma üzrə tutum səviyyələrindən azı 4-5 dəfə çoxdur. İki nəfər üçün nəzərdə tutulmuş bir oturacaqda 4-5 tələbə yan-yana, nəfəs-nəfəsə oturur. Tənəffüs vaxtı nə dəhlizlərdə, nə də pilləkənlərdə “tıxac əlindən” hərəkət etmək olur.

Universitetlər açılsa, nəqliyyatda nələr baş verəcəyini təsəvvürə gətirin. Metroda, avtobuslarda insanlar “iç-içə” daşınacaq. Bu şəraitdə “sosial məsafədən”, “sosial məsuliyyətdən” danışmaq, sadəcə gülüncdür.

Əhalimizdə koronavirusla bağlı maariflənmə səviyyəsi, sıfır olmasa da, çox aşağı səviyyədədir. Peyvənd olunanların nisbəti “kütləvi immunitet” yaranması üçün qətiyyən uyğun deyil. Xüsusilə delta variantına qarşı üçüncü doza peyvəndləmə hələ yeni başlayıb. İndi iki doza “Sinovak” peyvəndi də yetərli deyil.

Peyvəndlənmə ilə bağlı statistika etibarlı asyılmır: prokurorluq saxta peyvənd arayışı verənlərlə bağlı iş qaldırıb.

Bundan əlavə, kovid xəstəsi kimi qeydə alınanların sayı da real göstəricini əks etdirmir və məncə, xəstələrin real sayı statistika göstəricilərindən xeyli çoxdur. Bu səbəblərə görə, aidiyyəti qurumların qərar verməzdən əvvəl düşünmələrini rica edirəm”. \\teleqraf\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »