İranla əlaqə kəsildi: “Azərbaycan geri çəkilmir, danışıqlar aparılmır”

0

Bu gün Qafan-Gorus yolunun azərbaycanlılar tərəfindən bağlanan hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar bərpa edilməyib.

İctimairey.Az  xəbər verir ki, bunu Qafan bölgəsinin rəhbəri Gevorq Parsyan deyib.

Onun sözlərinə görə, danışıqların gün ərzində yenidən davam etdirilməsi planlaşdırılır.

Parsyan bildirib ki, Qafan-Gorus dövlətlərarası yolunun Gorusdan Vorotana gedən hissəsinin bağlanması səbəbindən Vorotan, Şurnux və Bartsravan kəndləri təcrid olunub:

“Kəndləri birləşdirən yollar var, amma çox pis vəziyyətdədirlər. Məsələ burasındadır ki, M2 yolu bağlıdır, bu, nəinki Sünik (Zəngəzur), həm də bütövlükdə Ermənistan üçün ciddi problemlər yaradır, çünki İranla əlaqə kəsilib”.

Qeyd edək ki, ötən gün erməni hərbçilərinin əsgərimizi yaralamasından sonra Azərbaycan Ordusunun Gorus-Qafan yolunu bağlaması haqda məlumat yayılıb.

Ermənistan KİV İranın yeni rəhbərliyinin bu məsələyə necə baxması ilə maraqlanır: “Ermənistan Xarici İşlər Nazirliyi İranın yeni xarici işlər naziri ilə məsləhətləşmələr aparırmı?”
Verilən şərhlərdə deyilir ki, “Həm Moskva, həm də Bakı Ermənistanla İran arasındakı əlaqəni kəsmək və Ermənistan-İran sərhədini nəzarətə götürmək üçün mümkün olan hər şeyi edir. Bu problemi həll edə bilsələr, Ermənistan özünü tamamilə təcrid vəziyyətində görəcək”.

Erməni ekspertlərin iddiasına görə, guya Bakı İranla Ermənistan arasındakı əlaqəni kəsmək üçün çoxdan zəmin hazırlayırdı. Politoloqlar bu fikirləri səsləndirərkən Rəsmi Bakının avqustun 11-də İran yük maşınlarının Dağlıq Qarabağa “Azərbaycan hakimiyyətinin icazəsi olmadan” daxil olması ilə əlaqədar İran səfirinə etiraz notasına istinad ediblər. \\konkret.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »