“Paşinyan Azərbaycanla Türkiyə arasında Zəngəzur dəhlizinin açılmasına razılıq verib”.
İctimai Rəy Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Varujan Geqamyan deyib.
“Azərbaycan Sünik (Zəngəzur) vasitəsi ilə Türkiyəyə xüsusi statuslu bir yolun açılmasına çalışır. Çünki kapitulyator (Nikol Paşinyan) noyabrın 10-da buna razılıq verib”.
Geqamyan hesab edir ki, bu, baş tutsa, Ermənistanın dövlətlərarası yollarına nəzarət Türkiyənin ələ keçəcək.