Salyan rayon “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyi 2019-cu ildə yaradılıb və rayon üzrə birliyin 278-üzvü var. Birliyin başlıca vəzifəsi Qarabağda yaralanmış gənclərimizin müharibədən sonrakı həyat və fəalityəti, digər sağlam insanlardan fərqlənməməsi, eyni zamanda onlara qayğıdan ibatətdir. Birlikdə yaralı əskərlərlə yanaşı, Qarabağ döyüşçüləri də təmsil olunurlar.
Hal hazırda Birliyin fəaliyyətində döyüşlərdə iştirak etmiş Qarabağ Qazilərinə və döyüşçülərə aqrar təsərrüfatla məşğul olmaları üçün, torpaq sahələrinin verilməsi məsələsi yer alır. Birliyin sədri İntiqam Əliyev müharibə iştirakçılarına kəndlərdən torpaq sahələrinin verilməsi ilə bağlı Salyan RİH-nin başçısı Sevindik Hətəmova və Salyan rayonunun Millət Vəkili Jalə xanım Əhmədovaya müraciət etmişdir.
Lakin, məsələ hələ də həllini gözləməkdədir. Bu gün birinci Qarabağ iştirakçısı, ikinci Qarabağ iştirakçısı deyib əhali arasında çaşqınlıq yaradanlar çoxdur. Bizum üçün bunların heç bir fərqi yoxdur. Birliyin sədri onuda qeyd etdi ki, Məşqulluq idarəsi bizim birliyə iş yeri ilə bağlı heç cür köməklik etmir.
Məncə bizim yaratdığımız Birliyə şirkətlər, iş adamları qazilərimizi iş yerləri ilə təmin etməyə yardım etsələr, onların da rifah halı yaxşılaşar. Düzdür, birliyimiz müntəzəm olaraq, məlum səbəbdən döyüşlərdə yaralanmış, əlil qazilərimizə hüquqi baxımdan yardım edir. Amma, maddi baxımdan heç cür imkanımlz yoxdur. Yaxşı olardı ki, Birliyin özünü maliyələşdirməsi üçün, bizə də müəyyan torpaq sahələri veriləydi. Birliyimizə verilən torpaqları əkib-becərməklə həm yeni iş yeri açılardı, həm də üzvlərimizin qazilərimizin maddi durumu yüksələrdi.
““Qarabağ Əlillərinə Qayğı” ictimai brliyimizə ayrılacaq torpaq sahəsi ilə bağlı, birliyimiz adından cənab Prezidentimizə də müraciət etmişik. Ümid edirik ki, Möhtərəm Prezidentimiz xahişimizin həyata keçməsi üçün öz köməkliyini əsirgəməyəcək.
Fuad Qəhrəmanov,
İctimairey.az