“Azərbaycan mütləq adekvat addım atmalıdır” – Əsir götürülən əsgər olayına reaksiya

0

“Sosial şəbəkələrdə ermənilər tərəfindən əsgərimizin əsir götürülməsi ilə bağlı videosüjet paylaşılıb. Qeyd edilir ki, əsgərimiz Ağdərə istiqamətində əsir götürülüb. Fikrimcə, öncə yayılan videosüjeti dəqiqləşdirmək lazımdır. Daha sonra isə adekvat addımlar atılmalıdır”.

İctimairey.Az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, düşmən artıq həddini aşmağa başlayıb:

“Qarabağda sərhəd yoxdur və bütün Qarabağ Azərbaycanın suveren ərazisidir. 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərinə uyğun olaraq, erməni terrorçuları Qarabağ ərazisindən çıxarılmalıdır. Amma bu şərt hələ də rus “sülhməramlıları” tərəfindən təmin edilməyib.

Ermənistan tərəfi yavaş-yavaş müharibədən əvvəlki şəraiti təmin etməyə, tərəflər arasındakı gərginliyin daha da artırılmasına çalışır. Rusiya tərəfi isə bunu susqunluqla qarşılayır. Əgər ermənilər sözügedən hadisəni törədibsə, Azərbaycan tərəfi mütləq adekvat addım atmalıdır”.

S.Hümbətov bildirib ki, Ermənistanın bu dərəcədə azğınlaşmasının arxasında duranlar regionda sülhün və əmin-amanlığın olmasının tərəfdarı olmayan qüvvələrdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »