Uşaqlarınızı danlamayın, ona, sevgi bəxş edin.

0

Uşaqlarınızı mümkün qədər tez-tez qucaqlayın, əzizləyin. Əgər incə qucaqlaşmalar artıq sizə tanışdırsa – əla, yoxsa, əksinə, “qucaqlaşmağı” ənənənizə çevirin. Və bir gün bunun üçün övladlarınızdan – “təşəkkür edirəm” – sözünü eşidəcəksiniz.

Tətqiqatçılar aydınlaşdırıblar ki, fiziki məhəbbət nümayiş etdirən qucaqlaşma uşaq inkişafı üçün son dərəcə vacibdir.

Amerikanın Ohayo əyalətinin Milli Uşaq Xəstəxanasından 125 körpənin – tam dünyaya gələn və yarımçıq doğulmuş – körpələrin vəziyyətini araşdırıblar.

Nəticələr göstərib ki, daimi uşaq baxımı və tez -tez qucaqlaşma ilə beyində güclü reaksiyalar baş verir və körpələrin inkişafı sürətlənir. Yəni uşağınıza olan sevgi və həssaslığın təzahürü nəinki sizin xeyirxahlığınızı və insanlığınızı göstərir, həm də ona böyük fayda gətirir.

Layihənin aparıcı tədqiqatçısı, doktor Natali Materin sözlərinə görə, belə sadə və sevgi dolu münasibət uşağın beyninin fəaliyyətinə ciddi təsir göstərir. Qucaqlaşma, həssaslığın artmasına səbəb olan və ana ilə körpə arasında əlaqənin yaranmasında məsul olan əhəmiyyətli miqdarda oksitosin buraxır.

Az və ya qucaqlanmadan, sevgidən məhrum olan uşaqlar daha yavaş inkişaf edir, özünə güvənmir, başqaları ilə təmasda çətinlik çəkir, yüksək ağılla hadisələrə yanaşmır və tənhalığı sevirlər.

Beləliklə, qucaqlaşmaq sadəcə xoş bir jest deyil. Bu, sevginin, “həssaslıq hormonu”nun səviyyəsini artırmağa və zehnin güclənməsinə, övladlarınızı xoşbəxtliyiə aparan bir yoldur.

Esmira ŞÜKÜROVA,

 İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »