Amerika səfərindən əvvəl testləri müsbət çıxan Mahsun Kırmızıgül və qızı Lavin koronavirusdan sağ çıxdı. Kırmızıgül peyvəndin əhəmiyyətini vurğulayıb.
İctimairey.az xəbər verir ki, Mahsun Kırmızıgül və qızı Lavin ABŞ səfərindən əvvəl koronavirus testi ediblər. Test nəticəsi müsbət olan Kırmızigül səyahət tarixini təxirə salıb. Evdə müalicə olunan və xəstəlikdən yüngül şəkildə xilas olan məşhur sənətçi sosial mediaya 8 ay əvvəl ABŞ-da ona vurulan peyvəndin əhəmiyyətini vurğulayaraq deyib ki, “İnanın, çox ağır bir xəstəliyim ola bilərdi”.
Mahsun Kırmızıgül qızı ilə bir şəkil paylaşaraq bunları yazdı: “Aşılanmaq çox vacibdir. İki dozada Bionteh peyvəndi vurdurmuşam. Təəssüf ki, mən və beş yaşlı qızım da korona xəstəliyinə tutuldu. İnanın, çox ağır xəstəlikdir. O 2 doza peyvənd sayəsində ağır keçirmədik. Koronadan ayaq üstə sağ qaldıq.
Qızım Lavinimdə heç nə yox idi, hətta korona olduğunu da bilməmişik. Amma, hər iki test nəticəmiz mənfi çıxdı. Zəng edib soruşan bütün dostlarıma öz adımdan və ailəm adından təşəkkür edirəm. Bütün dostlara salamlar. Allah hamınızı qorusun.
Esmira ŞÜKÜROVA,
İctimairey.az