Bizim prablemimiz rayon icra və kənd icra nümayəndəsi ilə bağlıdı – Yevlağın Malıbəyli kənd sakinləri-FOTO
Saytımızda 22 avqust 2021-il tarixində “Salyan rayonunda yerləşən meşə ərazisində meyvə ağacları əkilir” mövzusunda gedən məqaləmizdə Salyan şəhərində 49 illik müqavilə əsasında 37 ha icarəyə torpaq götürərək, artıq 18 hektar sahədə ağaclar əkimiş Cavanşir Ağalarova yerli dövlət orqanlarının yaratdığı şərait əks olunmuşdu. Məqalənin sorağını alan Yevlax şəhər Malbinəsi kənd sakinləri bir sual düşündürmüş.
– Bəs nəyə görə, yaşadıqları şəhərdə fəaliyyət göstərən dövlət məmurları onların istəklərinin həyata keçməsinə yardım etmək əvəzinə, ürəklərində boğur, Dövlət başçısı İlham Əliyevin dönə-dönə bəyan etdiyi, “Məmurlar vəzifələrində xalqa xidmət etmək üçün oturublar!” tapşırığına əhəmiyyətsiz yanaşaraq, öz mövqelərinə xidmət etməkdədir? Bu səbəbdən narazı olan təsərrüfatla şəşğul olan bir qrup kənd sakini redaksiyamıza ərizə ilə müraciət məktubu ünvanlayaraq, cənab Prezidentə çatdırmağı xahiş ediblər. Müraciəti olduğu kimi dərc edirik.
Ərizə
Mən Yevlax rayon Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğlu, 34 yaşım var, ailəliyəm, iki övladım var. Əsas peşəm “Arıçılıqdı”. Arıcılık üzrə, PULS-R şirkəti tərəfindən icra edilən ”Şirin Qızıl” lahiyəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin dəsdəyi ilə 2019-cu ildə təşkil edilən “Arıçılıq Akademiyası” təlimlərində iştirak etmişəm və arıçılıq üzrə SERTİFİKAT-larla təltif olunmuşam. Ana arı yetişdirmək və bölgələrə cins ana arılarının sayının artırılması və yayılmasına, arıçılığın inkişafı üçün bacardığım qədər köməklik göstərir və gənc nəsli bu yönə isdiqamətləndirirəm.
Sizə bu ərizəni yazma səbəbim PULUS-R şirkəti tərəfindən mənə yaxşı arıçı olduğum üçün Azərbaycanda az sayda olan Qırmızı kitaba salınmış ağac növləri Evodiya, Amerikan ağcaqayını, Paviloniya, Alkasiya növləri, İlğın, İydə və s. kimi nektar verimli ağaclar verilib. Bu ağaclar məndədir və ev şəraitində qulluq olunur. Bu ağacların əkilməsi üçün, torpaq sahəsi lazım olduğunu kənd nümayəndə sədri və bələdiyə sədri başda olmaqla bir çox yerə müraciyet etmişik. Amma nəticəsiz olaraq qalıb.
Yəqin ki bilirsiniz, ölke başcısının arıçılıq baramaçılıq ve pambıqcılıq sahəsinə marağı çox böyükdür. Biz dərdimizi sizə, sizing də bu prablemi ölke başcısına çatdırmağınızı və saytınızda dərc etmənizi xahiş edirirk .
Bizim prablemimiz rayon icra ve kənd icra nümayəndəsi ilə bağlıdı. Malbinesi bələdiyə torpaqlarının çoxu kənd nümayəndə sədri Muxtarov Qalib Vahid oğlu (Bank İşçisi qardaşı ilə birlikdə) və bələdiyə sədri Vəli Əliyev tərəfindən işğal edilib.
Öz fermalarının boş otlaq sahələrinə çeviriblər və heç bir əkin və digər təsərrüfat sahəsi işləri aparılmır. Ən azı 40 hektara yaxın bələdiyə torpaqları rayon qeydiyatı olan vətandaşlara satılıb. Bizə təklif etdikləri torpaq sahəsi, Natiq Əliyev adlı insanındır. O da çox kasıb, başqalarının bağ-bostanını sulamaqla çörəyini qazanan adamdır. Həmin sahədə əkin əkib ailəsini dolandırır.
Mənim vicdanım qəbul etməz ki, elə bir əziyyət çəkən insanın torpağına sahiblənim. Məmurların isə, saysız-hesabsız mənimsədikləri boş tirpaq sahələri var. Ölke başcısının arıçılıq baramaçılıq pambıqçılıq, meşə sahəsinə verdiyi önəmi saya salınmır. Bu adını sadaladığım şəxslər bizlərə imkan vermir ki, biz ölkəmizin aqrar sahədə inkişafına dəstək olmaq üçün, öz fikirləşdiyimiz ideyanı gerçəkləşdirib, həyata keçirdək.
Məqsədimiz arıcılığın inkişafı, təbiyəti gözəlləşdirmək, genc nəsli zərərli təsirlərdən qorunmasını təmin etmək və bu isdiqamtə yönəltməkdir. Sizdən xahişimiz arıçılığın inkişafı üçün yuxarıda qeyd etdiyim ağaclardan ibarət meşə zolağının salınması üçün, bizə Yevlax rayon Malbinəsi kəndində üç hektar torpaq sahəsinin ayırılmasına köməklik edəsiniz.
Yevlax rayon Malbinəsi kənd sakinləri;
Mahmudov Sərvər Mahir oğlu
Seyidov Vaqif Barat oğlu
Eliyev Nağı Şakir oğlu
Şahbazov Vüsal Əli oğlu
Əmrahov Fərzamil Bərxudar oğlu
Abdullayev Seymur Qurban oğlu
Sərvər Mahmudovun lahiyəsini də təqdim edirik.
Arıçılıq təsərüfatınını inkişaf etdirilməsi üçün salınacaq meşə zolağının təqdimatı.
1. Meşə zolağını salınması üçün yararlı belediye torpaq sahəsi.
2. Arıçılıq yönümlü Qırmızı kitaba salınmış ağacların əkilməsi və artırılaraq yeni ərazilərə yayılması. Gənc nəsli zərərli təsirlərdən qorunmasını təmin etmək. Salınacaq meşə ərazisində gənclərin vaxtlarının səmərəli keçirilməsi. Məktəblilərin arıçılıq və arıçılıq məhsulları ilə tanış edilməsi, gənc nəslin meşə zolaqlarının salınmasına maraqlarını artıqmaq. Bu lahiynin uğurla həyata keçirilməsinin ölkəmizin digər əkinə yararsız torpaqlarında meşə zolaqlarını salınması ilə itirilmiş, isdifadəsiz torpaqları yenidən canlandırar, ölkəmizin və xalqımızın rifahını daha da yüksəldər, sağlam gənc nəslin yetiştirilməsinə böyük köməkliyi dəyər. Lahiyemiz ölkəmizin sosiyal ekaloji və estetik durumunun daha da yaxşılaşdırılmasına tövhə verəcəkdir.
3. Meşə zolağına əkiləcək ağaclar və bu ağaclar haqqda qısaca məlumat:
1. EVODİYA ağacı. Evodiya ağacı arıçılıq üçün əlverişli bir bitgidir. Ağaclar iyul – avqust – sentiyabr ayının ortalarına kimi çiçək açır və bu vaxtlarda təbiyətdən nektar axımı çəkilir, amma bu ağac çiçək açır və nektar verimi olduqca yüksekdir. Bir hektar Evodiya iyirmi hektar çöke ağacının verdiyi nektara bərabərdir.
2. AMERİKAN AĞCAQAYIN ağacı. Amerikan ağcaqayın ağacı yüksek nektar ve arı sürfələrinin yetişdirilməsini təmin edən yüksək miqdarda çiçək tozu verməsindən əlavə, bir amerikan ağcaqayın ağacı bir günde (28 iyirm sekkiz) nefer insanın günlük ehdiyac olanoksigen istehsal edir ki. bu da meşə zolağının etrafında yaşayan əhalinin sağlamlığına çox müsbət təsir edir.
3 Pauloniya . Pauloniya ağacı şəqrqi Asiya ağacı sayılmasına rəğmən, bu gün demək olar ki. dünyanın dörd bir tərəfində əkilir. Pauloniya kənd təsərrüfatında. Ekaliji lahiyələrdə, dekorativ bəzəmələrdə istifadə olunur ki. bu da onun çox funksiyalılığının bariz nümunəsidir. Kənd təsərrüfatında arıçılığa ekoloji gübrə, oduncaq tədarükü. Yarasız torpaqların qısa zamanda əlverişli torpaqlara çevrilməsidir və s. Pauloniya gündəlik havadan 22 kq CO2 udur və 3 kq O2 (Oksigen) nəql edir. Sürətli böyüdüyü üçün. Meşə örtüyünün bərpası, su balansının qorunması. Terras qoruyucu funksiyaları vardır. Şəhərlərin gözəlləşdirilməsində əvəzsiz park və xiyabanların çiçəkli, xoş qohulu ağac olan paulyalar əkilməsi insanların istirahətini təmin edər.
Qeyd edək ki, şikayətlə bağlı Malıbəyli kənd bələdiyyəsinin sədri Muxtarov Qaliblə telefon əlaqəsi saxladıq və məsələ ilə bağlı fikrini öyrənmək istədik.
Q. Muxtarov əvvəl bildirdi ki, onun adına heç bir torpaq sahəsi yoxdur. Sərvər Mahmudov 15 ildir qardaşıma məxsus torpaq sahəsini istəyir. Və sonra bildirdi ki, “Xeyirdimi Sərvər mənim torpağımı istəyir.”
Sakinlərin şikayətinə cavab olaraq, qarşı tərəfin də fikirlərini dərc eməyə hazırıq.
Esmira ŞÜKÜROVA.
İctimairey.az