Avropalılar günün istənilən vaxtında özlərini sulaya bilər. Onların gigiyenik su prosedurları aparmaqda heç bir ənənəsi yoxdur. Bəs yaponlar necə? Yaponlar yalnız axşam saatlarında duş almağa öyrəşmişlər. Və bunun bir çox səbəbi var.
1. İşgüzarlıq Yaponlar yorulmaz zəhmətkeşlərdir. Əmək qabiliyyətli vətəndaşların əksəriyyətinin ikinci iş yeri var. Yaponlar qərb həmkarlarından fərqli olaraq, gün ərzində 14 saatdan çox işləyir. İstirahətə çox az vaxt ayırırlar. Rahatlayıcıı bir axşam duşu, yapon xalqının sevincini sanki tamamlayır.
2. Dəqiqlik Yaponlar olduqca dəqiq insanlardır. İşə gecikmək böyük günah hesab edilir və bu ciddi şəkildə onun nüfuzuna zərbə ola bilir. Bu səbəbdən səhər duşunu təxirə salaraq, axşama keçirdirlər.
3. İqlim Yaponiyada yay küləkli və rütubətlidir. Qış isə, soyuq və küləklidir. Adi vətəndaşlar üçün mənzillərini qızdırmaq əlçatmazdır. Axşamlar isti bir duş və ya vanna qəbul etmək, yatmazdan əvvəl bədənlərini isitmək yollarından biridir.
4. Ənənə Axşamın su prosedurları Yaponiyada çoxəsrlik bir ənənədir. Burada isti su həmişə xüsusi dəyərə malik olub. Bir neçə onilliyə qədər, adi Yapon vətəndaşları vannanı isti su ilə doldurmaq və suyun temperaturunu daim saxlamaqda çətinlik çəkiblər. Yaponların çoxlarında axşam bədənə qulluq ritualları müşahidə edilir və bu artıq onların qanına keçib.
5. Rituallar Avropalılar duşda 10-15 dəqiqə, yaponlar isə hamamda təxminən bir saat vaxt keçirir. Su prosedurlarına xüsusi bir ritual kimi yanaşırlar. İlk növbədə gün ərzində yığılan kir və tozu yumaq üçün duş alırlar, sonra təmiz düşüncələrlə vannaya girirlər. Vacib şərt suyun istiliyini izləyərək təmzimləməkdir. Su isti olmalıdır! Əsl asiyalılar olaraq, yaponlar fəallıq və rahatlılıq üçün müxtəlif aromatik yağlardan və digər ətirlərdən istifadə edirlər. Yapon mağazalarındakı rəflər müxtəlif müalicəvi təsiri olan məhsullarla doludur. Yerli mağazalarda yeni bir qoxulu ətir axtarmağa çalışsanız, bütün gününüzü itirə bilərsiniz. Yaponlar dərinin canlanması, tonusunun yüksəlməsi üçün, vannaya yaşıl çay da əlavə edirlər.
6. Stressin aradan qaldırılması Yaponların çılğın işbazlar olduğunu artıq qeyd etmişdik. İş yerində intiharların və emosional tükənmənin ən yüksək faizi məhz bu ölkədə müşahidə olunur. Yaponlar kimi, başqa heç kim ağır iş günündən sonra, isti vannanın bədəni və ruhu nə qədər rahatlandığını bilə bilməz. Axşam hamamını incəsənət səviyyəsinə qaldırmaları bu səbəblərdə təəccüblü deyil.
Esmira ŞÜKÜROVA
İctimairey.az