Taliban Əfqanıstanı bu formada idarə edəcək

0

Radikal Taliban hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün məclis qurmaq niyyətindədir. Onlar bu məclisə ölkənin əvvəlki hökumət üzvlərindən bəziləri daxil olmaqla 12 nəfəri daxil etmək istəyirlər.

İctimairey.Az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

Məlumata görə, Taliban siyasi qanadının lideri Əbdül Qəni Bəradər, hərəkatın qurucusu Molla Ömərin oğlu, Taliban hərbi komissiyasının rəhbəri Mulavi Yaqub və Hakkani şəbəkəsinin və diversiya qrupunun lideri Siracuddin Hakkani məclisdə yer alacaq.

Qeyd edilir ki, Taliban Əfqanıstanda prezident və ya başqa bir lider vəzifəsini bərpa etmək istəmir. Bununla yanaşı, ABŞ-ın dəstəklədiyi əvvəlki hökumət üzvlərindən bəzilərinə yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər. Taliban bununla beynəlxalq ictimaiyyət tərəfindən tanınma şansını artırmaq üçün mümkün qədər əhatəli görünən bir hökumət yaratmaq istəyir.

Nəşr hətta Talibanın məclisdə mərhum Əhməd Şah Məsudun oğlu Əhməd Məsudu da görmək istədiyini yazıb. \\axar.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »