Regionda düşmənçiliyin qarşısının alınması xarici siyasətdə aparıcı, vacib komponent ola bilər.
İctimai Rəy xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, düşmənçiliyin dərinləşdirilməsi regionda təhlükəsizlik və stabillik üçün təhdid ola bilər. O, əvvəllər səsləndirilən bu fikrin ciddi tənqidlərə məruz qoyulduğunu söyləyib:
“İranla və Gürcüstanla dostluq münasibətlərimiz var, amma bizim düşmənçiliyin subyekti və obyekti olmağımızın münasibətlərə təsiri qaçılmazdır. Bu, regional gündəmin, həm də bizim gündəmin məsələsidir. İdarəetmə gündəmi və düşmənçilik atmosferinin qarşısının alınması xarici siyasətin aparıcı məqamı ola bilər, əməkdaşlıq regiondakı digər ölkələrə də maraqlı ola bilər. Bütün bunlardan fayda götürmək üçün bütün qışqırıqlara və təhqirlərə son qoyulmalı, faktlar, analiz, rasional qiymətləndirmələr danışmalıdır. Bu, milli təhlükəsizlik məsələsidir və onunla bağlı qərar yalnız hökumətin gündəmi ola bilməz”. \axar.az\