Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə İctimairey.Az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN-in məlumatında bildirilib.