Taliban gənc qadını yeməyə görə yandırdı

0

Taliban yaraqlıları Əfqanıstanda qadını dadsız yemək bişirməsində günahlandıraraq diri -diri yandırıb.

İctimairey.az xəbər verir ki, bu barədə Sky News -a hüquq müdafiəçisi, keçmiş hakim Nəcla Ayubi bildirib.

Ayubinin sözlərinə görə, qız terrorçular üçün yemək bişirmək məcburiyyətində qalıb, lakin onun kulinariya bacarıqlarını bəyənməyiblər. Zərərçəkmiş “pis yemək bişirməkdə” günahlandırılıb və yandırılaraq öldürülüb.

ABŞ -a qaçan hüquq müdafiəçisi Ayubi qadınlara qarşı döyülmə və digər zorakılıqlar haqqında məlumatlar toplayır. Əldə etdiyi məlumatlara görə, Taliban qadınları cinsi köləliyə zorlayır və həmin kölələr tabutlarla Əfqanıstanın qonşu ölkələrinə göndərilir.

Taliban cihadçı komandirləri əsgərlərinə zorla ərə vermək üçün işğal olunmuş ərazilərin ağsaqqallarından subay qızların və qadınların siyahılarını tələb edirlər. Əvvəllər norma 15-45 yaş arası evlənməmiş qızlara aid idisə də, hal-hazırda isə 12 yaşlı uşaqlar da köləliyə düşür.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »