LAVROV: Zelenskinin açıqlamaları ETNİK NİFRƏTİ qızışdırır

0

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Serqey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin rus əhalisi ilə bağlı bəyanatlarını etnik qarşıdurmaya təhrik etmək adlandırıb.

İctimairey.az xəbər verir ki, bunu Macarıstanın “Maqyar Nemzet” qəzetinə verdiyi müsahibədə deyib.

Daha sonra əlavə edib ki, “Xatırladım ki, avqustun əvvəllərində dövlət dilini qorumaq səlahiyyəti olan Taras Kremin Ukrayna dilində danışmayan bütün Ukrayna sakinlərinə ölkəni tərk etmələrini bildirib. Vladimir Zelenski avqustun 5 -də dərc olunan müsahibəsində ruslara “gedin və Rusiyada özünüzə yer axtarın” – deyə məsləhət görüb. Biz bu cür bəyanatları etnik nifrəti qızışdırmaq kimi qiymətləndiririk.

Yeri gəlmişkən, AŞ ölkələrində bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulur ”, – deyə, Lavrov xatırladıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin açıqlamasına reaksiya verib. O, bu cür mühakimələrin milli siyasəti milliyətçilikdən ayıran “qırmızı xət” olduğunu bildirib.

Söhbət Ukrayna liderinin Kiyevin nəzarət etmədiyi ərazilərin gələcək taleyi ilə bağlı bəyanatından gedir. Zelenski özünü rus hesab edən sakinləri Rusiyaya getməyə çağırıb və əks halda bu torpaqlarda “sivilizasiya” olmayacağı ilə hədələyib.

Esmira ŞÜKÜROVA

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »