Şıq geyinməyi xoşlayırsınız? Kostyum geyinməyi sevirsiniz, amma sizə yaraşmadığını düşünürsünüz? Kostyum hər kişiyə yaraşır. Təbii ki, düzgün istifadə olunarsa… Bu təkliflərimizə diqqət yetirin.
1. Həmişə kəmər taxmalısınız
Şalvarınızda mütləq kəmər olmalıdır. Kəmərsiz şalvar geyinməkdən çəkinin. Və unutmayın ki, kəmər ayaqqabılarınızla uyğun olmalıdır.
2. Qalstukunuz kostyumunuza uyğun olmalıdır
Müasir kişinin aksesuarları arasında ən vacib silahı qalstukdur. Ancaq buna baxmayaraq, əksər kişilər qalstuk taxmağa üstünlük vermirlər. Qalstuk taxan kişilər düzgün seçim etməlidirlər. Qalstukun rəngini və naxışlarını seçərkən onu hansı mühitdə taxacağınızı düşünməlisiniz. Köynəyinizin rəngindən daha tünd bir qalstuk seçsəniz, bu sizə ciddi görünüş bəxş edər. Qalstukun ölçüsü də vacib məqamdır. Kəmərinizin üstündə bitən və boynunuza uyğun bir qalstuk seçməlisiniz.
3. Köynək tam olaraq əyninizə biçilməlidir
Köynək seçərkən bilməli olduğunuz iki şey var: boyun ətrafınızın ölçüsü və qollarınızın uzunluğu. Bu iki ölçünü bilmək sizə ən uyğun köynəyi seçməyinizə kömək edəcək. Köynəyin sizə uyğun olub-olmadığını anlamağın ən sadə yolu çiyinlərdir. Tikişlər çiyninizin üstünə oturmalıdır. Qollarınızdakı düzəlişlərə də diqqət yetirməlisiniz.
4. Pencəyi düzgün seçməlisiniz
Kostyumun ən vacib hissələrindən biri pencəkdir. Pencəyiniz bədən tipinizə uyğun olmalıdır. Nə dar, nə də boş olmalıdır. Pencəyin çiyin genişliyi çiyinlərinizin ən ucunda bitməlidir. Uzunluğu da fermuarın bitiş nöqtəsi ilə eyni yerdə bitməlidir. Pencəyinizin iki düyməsi varsa, həmişə yalnız yuxarı düyməni bağlayın. Üç düymə varsa, ortadakını bağlayın.
5. Şalvarın qatına diqqət edin
Sizi narahat etməyəcək şəkildə bel ətrafı bir qədər sıxılmalı və şalvar kəmərsiz olsa belə belinizdən düşməməlidir. Heç vaxt pulqabınızı şalvarınızın arxa cibinə qoymayın. Bu həm şalvarınızın xəttini pozur, həm də uzun müddət istifadə zamanı şalvarını yırtılmasına səbəb olur. Şalvarın ayağı aşağıya doğru daralmalıdır. Bunun səbəbi, ayağınızın yuxarı hissəsi ilə aşağı hissəsinin eyni diametrdə olmamasıdır.
6. Ayaqqabılarınızın rəngi
Hansı kostyumla hansı ayaqqabını geyinəcəyinizi bilmirsiniz? Şəkildə mütəxəssislərin etdikləri seçimləri görə bilərsiniz.
7. Corablara diqqət yetirin
Corab seçilməsində ən vacib amil şalvarınıza uyğun olmasıdır. Üzərində heç bir şəkil və ya cizgi filmi qəhrəmanı olan corabları geyinməyin.
8. Dəsmal seçimi
Dəsmal seçərkən naxışının və parçasının qalstukunuzla eyni olmadığına diqqət yetirin. Dəsmal sizi daha şıq göstərəcək.
9. Saat taxmaq
Qolunuzda həmişə saatın olması önəmlidir. Təkcə kostyum deyil, başqa paltar geyinərkən də saat taxa bilərsiniz.
10. Ətirin düzgün vurulması
Ətir vurmaq mövzusunda iki əsas metod var. Ətri ya boyuna, ya da bilək kimi damarın titrədiyi nahiyələrə vurmalısınız. Ətiri qoltuq altına vurmaq olmaz. Çılpaq halda sinənizin ortasına vurmaq qoxunun yavaş-yavaş yayılması üçün çox təsirlidir. Başqa bir üsul isə ətiri havaya vurmaq, sonra ətir sıxılan yerə baş vurmaqdır. Bu üsulla qoxu daha çox üzərinizdə qalar.