Əfsanəvi komandirlərin oğulları Taliban əleyhinə müqavimətə başlayıblar
Əfqanıstanın iki əfsanəvi komandirinin oğlu Əhməd Məsud və Yar Dostum və vitse-prezident Emrullah Salih Taliban əleyhinə hərəkətə keçiblər. Qrup keçmişdə Taliban əleyhinə müqavimətin qalası olan Penjşir əyalətində toplanıb və Talibanla ilk qarşıdurmasını uğurla başa vurub. Bölgədən alınan məlumata görə, müqavimət qrupu bir əyalətin 3 bölgəsini Talibandan geri alıb.
İctimairey.az qeyd edir ki, Əfqanıstanda Taliban tərəfindən hakimiyyəti ələ keçirmək ölkədə xaosa səbəb olub. İnsanlar ölkədən qaçmağın yollarını axtarmağa məcbur olub. Xarici ölkələr də öz vətəndaşlarını təxliyə etmək üçün hərəkətə keçiblər.
Taliban isə, Əfqanıstanın yenidən qurulması üçün əməkdaşlığa hazır olduğunu vurğulayaraq, yeni idarəetmə dövrü ilə bağlı bütün dünyaya mesajlar verir. Ancaq ölkədə Taliban kimi düşünməyən və hətta buna qarşı olan bir müqavimət qrupu yaranıb.
Keçmişdə ad qazanan iki məşhur komandirin oğulları Taliban əleyhinə bir araya gəlib. Pəncşir əyalətində toplanan qrupun tərkibində Əfqanıstan-Sovet müharibəsinin məşhur komandirlərindən olan Şah Məsudun oğlu Əhməd Məsud, daha sonra Taliban və Əl-Qaidə ilə mübarizədə ad qazanan Yar Məsum, Özbək əsilli Rəşid Dostumun oğlu. Bundan başqa, prezident Əşrəf Qaninin qaçmasından sonra, özünü ölkənin yeni lideri elan edən vitse-prezident Emrullah Salih də müqavimətə liderlik edir.
Etnik əsaslı ittifaq qüvvələri ilə Taliban arasında ilk toqquşma ötən cümə günü Pervan əyalətinin Pəncşirlə bitişik Çarikar şəhərində baş verib. Bölgə paytaxt Kabildən 50 km aralıdadır. Əfqanıstan ordusundan qalan silahlardan istifadə edən müqavimətçilər ABŞ-ın ölkədən çıxmasından sonra, ilk dəfə olaraq Taliban qüvvələrini məğlub edib.
“Panjşir-Province” sosial media kanalına görə, bu ilk döyüşdə 100-dən çox Taliban yaraqlısı öldürülüb. Taliban əleyhinə qüvvələrin Bağlan əyalətinin 3 rayonunu geri aldığı bildirilir.
Esmira ŞÜKÜROVA.
İctimairey.az