ŞOK: Rusiya Ermənistanı silahlandırıb, silahlandırmaqda da davam edir – Armen Qriqoryan

0

Ermənistan Təhlükəsizlik Şurasının katibi 44 günlük müharibədən sonra Rusiya tərəfindən silah tədarük edildiyini açıqlayıb.

Armen Qriqoryan bəyan etdi ki, Dağlıq Qarabağdakı 44 günlük müharibədən sonra Rusiya Ermənistana silah tədarük etdi və verməkdə də davam edir.

İctimairey.az Qriqoryanın Ermənistan İctimai Televiziyaya müsahibəsinə istinadən xəbər verir ki, “Ötən ilin noyabr ayından etibarən arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün Rusiyadan silah aldıq. Bu proses qalıcıdır”. – deyə, Qriqoryan bəyan edib.

Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir. Bu vəzifənin ən qısa zamanda həll ediləcəyinə əmindir.

Xatırladaq ki, Azərbaycan prezidenti CNN Türk -ə müsahibəsində Ermənistanı sülh müqaviləsi imzalamaq istəməməkdə və revanşist hisslərdə ittiham etmişdi. Eyni zamanda o, Rusiya tərəfinin Ermənistana silah tədarükü ilə bağlı açıqlamalarını “məntiqsiz” adlandırıb.
Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Rusiya tərəfindən xarici silah tədarükünün həyata keçirilməsinin onun suveren haqqı olduğunu bildirib. O əlavə edib ki, Rusiya tərəfi bölgədə qüvvələr balansının saxlanılması ehtiyacını nəzərə alır.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »