Psixoloq Aytən Ələkbərova: Virtual cəmiyyətin zərəri xeyrindən qat-qat çoxdur.

0

Bu gün Azərbaycan gəncliyinin böyük bir qismi internetdən, xüsusən də sosial şəbəkələrdən istifadə edir. Bu sırada gənclər üstünlük təşkil edir. Əvvəlcədən qeyd edək ki, sosial şəbəkələrdən hər kəs öz tərbiyəsinə, dünyagörüşünə əsaslanaraq istifadə edir. Nədir sosial şəbəkə və gəncləri, insanları bura nə cəlb edir? Əlbəttə, bu suala birmənalı cavab tapmaq çətindir.

İctimairey.az -a müsahibəsində psixoloq Aytən Ələkbərovanın sosial şəbəkə anlayışına aydınlıq gətirərək, bildirdi ki, cəmiyyətdə elə insanlar və xüsusən də gənclər var ki, özünü sosial şəbəkələrdən ayrı hiss edə bilmir. Demək olar ki, həyatının hər saatında sosial şəbəkə var. Reallıq budur ki, dünyanın internet aləmində yüzlərlə adda sosial şəbəkə, forum, virtual görüş məkanı mövcuddur.
Ekspertlər həyatımıza müdaxilə edən sosial şəbəkələri xarakterizə edərək yazırlar ki, onların xeyirli tərəfləri ilə yanaşı, zərərli tərəfləri də az deyil.

Aytən Ələkbərova qeyd edək ki, sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəflərdən biri sosial şəbəkələrin insanların bir-biri ilə ünsiyyətlərini davam etdirib əlaqələrini saxlamasıdır. Ünsiyyətə ehtiyacı olanlar, özünü tənha hiss edənlər, eləcə də hər hansı bir səbəbdən cəmiyyət içinə çıxa bilməyənlər öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin edirlər. Yaxud da, müəyyən depressiyaya düşən insanlar özlərinə tanışlar tapıb, ovqatlarını yüksəldirlər.

Təəssüflə qeyd etməliyik ki, müsbət tərəflərinə baxmayaraq sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Bir çox dünya alimləri sosial ünsiyyət portalını bəşəriyyəti məhvə aparan, yeni bir silah növü kimi qiymətləndirir. Onların fikrincə, belə sosial şəbəkələr insanların internet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyinlərini yuyur və sanki robot kimi özünə tabe etdirir. Ən başlıcası, insanlarda mənəvi dəyərləri məhv edir və onları real həyatdan uzaqlaşdırır. Məsələn, əgər real həyatda insanlar dostları ilə görüşür, ünsiyyət qurur, paylaşırlarsa, sosial şəbəkə insanın vaxtını və ömrünü real olmayan, virtua bir“həyata” sərf etməyə məhkum edir.

Fuad Qəhrəmanov

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »