Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Əfqanıstan böhranı ilə bağlı 3 həll variantı təqdim edib.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, o, həll variantlarından biri kimi bu ölkənin daxili işlərinə qarışmamağı tövsiyə edib.
“Heç nə etmirik, heç kimi tanımırıq. Qoy, hər şey öz axarı ilə getsin. İkincisi, Tacikistan, Türkmənistan və Özbəkistana güclü dəstək veriririk ki, Əfqanıstandan hər hansı müdaxilə olmasın. Üçüncü variant: Əfqanıstanı bölmək”, – deyə Jirinovski bildirib.