“Türk siyasətini dərindən araşdırırıqsa, onda özümüzdən soruşmalıyıq ki, Türkiyə nəinki Ermənistan üçün, həm də bölgədə hansı məqsədləri güdür. Əlbəttə, burada vurğulamalıyıq ki, indi pantürkizm ideologiyası Türkiyənin xarici siyasətinin çox vacib bir istiqamətinə çevrilib. Bu, məsələn, özünü “Şuşa Bəyannaməsi”ndə də ifadə edib. Əliyevlə Ərdoğanın imzaladığı sənəddə Türkiyə ilə Azərbaycanın daha dərindən inteqrasiya edilməsini göstərən bir bənd də var”.
İctimairey.Az xəbər verir ki, bunu armenpress-ə müsahibəsində Ermənistan Milli Elmlər Akademiyasının akademiki, türkoloq Ruben Safrastyan bildirib.
O deyib ki, Türkiyə-Azərbaycan federal dövlətinin yaranmasına səbəb olacaq bir prosesə start verilib.
konkret.az