Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi Rusiya Federasiyasının Soçi şəhərinə istirahətə gedəcək.
İctimairey.az Erməni mediyasının yaydığı xəbərə istinadən bildirir ki, hökumət başçısı ailəsi ilə birlikdə avqustun 26 –da Soçiyə gedəcək. Niyə Soçiyə? Paşinyan Rusiya rəhbərliyinə, Rusiyaya xüsusi münasibətini göstərmək məqsədini güdürmü və bu addımın müqabilində daha isti münasibətlərə ümid edirmi?
Mediya Nikol Paşinyanın Soçidə dincəlmək istəməsinin səbəbini Baş nazirin mətbuat katibi Mane Qevorkyanla aydınlaşdırmağa çalışsalar da, lakin Qevorkyanın telefonu bütün günü bağlı olub və ümumiyyətlə son vaxtlar onu tapmaq praktiki olaraq mümkün deyil.
Əlavə edirik ki, 24 avqustda yerli hökumət Dövlət proqramını təqdim etmək üçün parlamentdə görünməlidir. Bəlkə də baş nazir məzuniyyətə getməyi üstün tutaraq, parlamentdə belə görünməyəcək. Mənbələr bildirir.
Esmira ŞÜKÜROVA.
İctimairey.az