Rusiya və Fransa prezidentləri arasında Əfqanıstan sakinlərinin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi, İranın nüvə proqramı ilə bağlı vəziyyət, Dağlıq Qarabağ tənzimlənməsi, Ukraynanın cənub-şərqindəki gərginlik və koordinasiya məsələləri müzakirə olunub.
İctimairey.az Kremlin rəsmi saytına görə, xəbər verir ki, Emmanuel Makronun xahişi ilə Vladimir Putin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsindəki irəliləyişlər barədə məlumat verib. Bildirilib ki, regionda vəziyyət ümumiyyətlə sabitdir, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atılır. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə işlərin aparılması üçün qarşılıqlı fikir ifadə edilib ”, sayt bildirir.
Həmçinin, ölkələrin liderləri Əfqanıstanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin və təcili humanitar vəzifələrin həllinin vacibliyini qeyd ediblər, mühüm amil olan Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpasına dair danışıqların davam etdirilməsini, nüvə silahının yayılmaması və Afrika qitəsi də daxil olmaqla bir sıra digər “regional mövzular” müzakirə edilibdi.
İctimairey.az