Aztv Azərbaycan Nəşriyyatını “vurdu” – VİDEO

0
Azərbaycan Nəşriyyatının indiki halı bərbad vəziyyətdədir. Nimdaş görünüşlü binanın içərisində baş verənlərdən yəqin ki, çoxlarının xəbəri yoxdur. Bir neçə mərtəbəni çıxmaq şərtilə bu bina mətbuat, media anlayışına antonim vəziyyətindədir.
İctimai Rəy xəbər verir ki, sözügedən bu binayla bağlı Aztv-nin əməkdaşı geniş reportaj hazırlayıb.
Sujetdə Azərbaycan Nəşriyyatında çapdan başqa, mebel yığılması, xalça yuyulması, avtomobil təmir olunması, göz müayinəsi aparılması və sair kimi xidmət sahələrindən danışılıb.
Natəmiz və baxımsız olan binada çəkiliş aparılmasına əngəl yaradılıb. Bir zamanların mətbuat yükünü daşıyan Azərbaycan Nəşriyyatının indiki “göz oxşayan” vəziyyətdən hazırlanmış geniş reportajı təqdim edirik:

Leave A Reply

Your email address will not be published.

Tərcümə »