“Bu, Amerikanın seçimidir. Bunu anlamalıyıq. Çünki bundan sonra yeni bir zərbə vurulacaq. ABŞ məğlub oldu kimi bir qəhrəmanlığın arxasında gizlənə bilmərik. Əslində, ABŞ məğlub olmadı, onların seçimi var. Amerika burada da “Taliban”dan istifadə edir”.
İctimai Rəy xəbər verir ki, bunu terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert bildirib ki, “Taliban” Amerika ordusunu məğlub etməyib və ABŞ-ın istifadə etdiyi 300 min nəfərlik Əfqanıstan ordusu məğlub edilib, bununla da ölkə təşkilat tərəfindən ələ keçirilib:
“Böyük dövlətlər bu cür oyunlar oynayır. Bu, bir futbol matçında iki komandaya deyil, hakimlərə dəstək vermək kimidir. Bəzən hakimləri yox, tamaşaçıları dəstəkləmək kimidir. Bunu Çin, ABŞ, Rusiya və Avropa İttifaqı da edər. Yəni bir oyun varsa, meydanda o yarışdakı bütün atları dəstəkləyirlər. Hamısına pul yatırırlar, hansının qalib gəlməsindən və ya mığlub olmasından asılı olmayaraq, sonunda özlərinin qazanmalarını istəyirlər. Burada üzərində dayanılması lazım olan məsələ Yaxın Şərq coğrafiyasında məğlubiyyət yaşanır, yoxsa yox, toparlana bilərlərmi, Çin, Rusiya hərəkətə keçir, Pakistan, Türkiyə və İrandan da həmlə var”.
Abdullah Ağar Əfqanıstandan havaya qalxan adamlarla dolu təyyarə ilə bağlı müzakirələrə də toxunub: “Bu gün təyyarəni yerə endirdilər, orda qarışıqlıq oldu, bu, taktiki bir fotoşəkildir. Mən geosiyasi fotoşəkildən danışmağa çalışıram. Milyonlarla insan ölüb, kimin vecinədir, burada vacib olan ölən 2 min ABŞ vətəndaşıdır. Bir milyon pakistanlının, əfqanıstanlının ölümünün Amerikanı maraqlandırdığınımı düşünürsünüz?”/AZSABAH.COM