Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşmasının lideri Heybətulla Axundzadə həbsxanalardakı bütün siyasi məhbusların azad edilməsi ilə bağlı göstəriş verib.
İctimai Rəy xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi təşkilatın nümayəndəsi Kari Yusif Əhmədiyə istinadən yayıb.
“Əyalətlərin qubernatorları bütün siyasi məhbusları sözsüz azad edəcəklər və sabah onları ailələrinə verəcəklər”, – o əlavə edib.