İctimairey.az Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, “Taliban” Əfqanıstanda “Taliban” əleyhinə silah götürən ilk qadın qubernatorlardan Salimə Mazarini nəzarətə götürüb.
Onun hazırkı vəziyyəti haqqında heç nə məlum deyil. Salimə Mazari Əfqanıstanın üç qadın valisindən biridir. Əfqanıstanın bir çox əyaləti, demək olar ki, heç bir döyüş olmadan “Taliban” tərəfinə keçdi. Səlimə Bəlx əyalətindəki bir bölgə olan Çakhar Kinti müdafiə etmək üçün isə, hər şeyi edib.Payıza qədər Çakhar Kint bu bölgədə terrorçu qrupların əlinə keçməyən bir qadının nəzarətində olan yeganə bölgə idi.
Mazari Talibanla mübarizə üçün, öz tərəfdaşlarını ətrafına toplayaıb və onlara təlim keçib. Mazari İranda anadan olub. Ailəsi 1970 -ci illərdə Əfqanıstana qaçıb. O, Tehran Universitetini bitirib, sonra isə, müxtəlif universitetlərdə çalışıb. 2018 -ci ildə Çahar Kint valisi vəzifəsinə təyin edilib. “Taliban” əleyhinə çıxışları ilə tanınan Mazari daha əvvəl “Taliban” ölkəni ələ keçirərsə, qadınlara yer olmayacağını söyləmişdi.
“Taliban tərəfindən nəzarət edilən əyalətlərdə, hətta şəhərlərdə belə artıq qadına rast gəlinmir. Hamısı evlərində həbsdədirlər “- deyib.
Mazari Sünni “Taliban” tərəfindən bidətçi bir məzhəb sayılan şiə müsəlmanları olan Xəzər icmasının üzvüdür. Onlar mütəmadi olaraq “Taliban” tərəfindən hədəfə alınmışdı. Yerli məlumatlara görə, hər üç Əfqan qadın valisi nəzarətə götürülüb.
Esmira ŞÜKÜROVA.
İctimairey.az