SON DƏQİQƏ! TƏBİB vacib açıqlama yaydı

0

Yoluxma sayının artması fonunda hazırda reanimasiyalarda müalicə alan ağır xəstələr və koronavirusdan ölənlər arasında vaksinasiya olunmuş şəxslər yoxdur.

“İnsanlar arasında belə bir söhbət yayılır ki, filankəs vaksin vurdurmuşdu, amma koronavirusa yoluxub. Biz də deyirik ki, heç bir vaksin 100 faiz xəstəlikdən qorumur. Vaksinasiya olunanlar arasında 5-10 faiz insan var ki, onlar koronavirusa yoluxa bilər. İndi bizdə geniş istifadə olunan “Sinovac” vaksininin cəmi iki əks-göstərişi kağızında qeyd olunub. Bunlardan biri əvvəlki vaksinlərə qarşı həyati təhlükə daşıyan allergik reaksiya, ikincisi isə digər xəstəliklərin kəskinləşmə fazasıdır. Qalan heç bir halda əks-göstəriş yoxdur. Amma komissiyamız da bunu tam dəqiqliklə araşdırır və əsaslandırır ki, kimlər bu vaksini hansı səbəbə görə vura bilməz”.///trend

Leave A Reply

Your email address will not be published.

Tərcümə »