“General Rustəm Muradov dodaqlarını Arayikin dodaqlarından qoparmalıdır” – Hərbi ekspert

0

“Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hərbi qüdrətinin artırılmasında vacib əhəmiyyətə malikdir”

Azərbaycan Ermənistanla sərhədlərində apardığı inşaat işləri bötövlükdə ölkəmizin müdafiə qüdrətinin artırılmasına və təhlükəsizliyin təmin olunmasına yönəlib. Azərbaycan paralel olaraq həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonunun perimetləri və Ermənistanla sərhəd boyu 700 km yeni yolların inşası ilə bərabər çox sayda infrastuktur layihələrini paralel şəkildə həyata keçirir. Prezident İ.Əliyev son dəfə Şərqi Zəngəzura səfəri zamanı Kəlbəcər tunelinin və Laçın hava limanının təməlini qoymaqla, bir daha dünya ictimaiyyətinə bu ərazilərin əsl sahiblərinin qayıtdığı, Ermənistan xalqına isə yaxın gələcəkdə özlərini dərin bir quyunun dibində hissedəcəkləri, revanşist və onların havadarlarına isə bir daha Azərbaycana qarşı işğal siyasətini həyata keçirə bilməyəcəkləri barədə növbəti ismarıc vermiş oldu.

Müharibənin ilk günlərində Azərbaycanın xüsusi təyinatlı qüvvələri uğurlu əməliyyatlaMurov dağı və ətraf yerlərdəki strateji yüksəklikləri azad etməklə  düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsini dayandırmışdı. Nəticədə Ermənistan Qarabağ əməliyyatlar teatrına əlavə qüvvələr cəlb edə bilmirdi. Bu isə onun manevr imkanlarını məhdudlaşdırmaqla, Azərbaycan Ordusunun digər istiqamətlərdə həyata keçirdiyi uğurlu əməliyyatlarla müharibənin taleyini həll etməsinə imkan yaratdı.Ermənistanın işğal dövründə Basarkeçər rayonundan Kəlbəcərə çəkdiyi və “Qarabağa 2-ci dəhliz” adlandırdığı maqistral yol bu gün həm Azərbaycan Əsgəri tərəfindən müdafiə və təhlükəsizliyinin təmin edilməsində, həm də inşşat şirkətləri tərəfindən ərazilərin yenidən qurulmasında  aktiv şəkildə istifadə olunur. Ermənistanın və xarici havadarlarının dəstəyi ilə Xankəndində və Xocalıda özlərinə aid olmayan tikinti işlərinə bulaşan sülhməramlılar bunu mütləq nəzərə almalıdırlar. Zaman gələcək tikdiyiniz obyektlər, çəkdiyiniz yollar Basarkeçər rayonundan Kəlbəcərə çəkilən yol kimi hamınızın üz qaranıza çevriləcək.

Ümumilikdə isə Laçın rayonunda inşa edilən beynəlxalq hava limanı və  Kəlbəcər tunelləri, Şərqi Zəngəzurda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə ərazilərin yenidən quruıması ilə bərabər Azərbaycanın Ermənistanla sərhədlərinin möhkəmlənməsində, mövsüm şərtlərindən asılı olmayaraq, ölkəmizin müdafiə və təhlükəsizliyinin təmin olunması üçün vacib layihələrdəndir.

Ermənistan Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərin nəticələrini qəbul etmək, ən qısa müddətdə sərhədlərin təyin olunması və sülh sazişinin hazırlanmasına başlamaq əvəzinə Qarabağın rus sülhməramlıların nəzarətində olan ərazilərinə yenidən silahlılar göndərir. Demək olar ki, son iki ayda hər gün Ermənistan tərəfindən bir neçə dəfə atəşkəsin pozulmasını müşahidə edirik. Bir neçə gün əvvəl Qarabağın rus sülhməramlıların nəzarətində olan ərazilərə 15 yük maşınında təxminən 400 nəfərə qədər erməni silahlılarının göndərilməsi izlədik. Dünən isə Ermənistandan Azərbaycan ərazilərinə yoxlama mqsədi ilə iki erməni hərbi maşının sülhməramlıların buraxılış məntəqəsindən maneəsiz şəkildə Laçın dəhlizindən keçdiyinə dair videoçarxı Rusiya müdafiə nazirliyinin özü paylaşdı. Ardınca rus sülhməramlısı su daşıyan və əlindəiki ədəd seperatçı rejimin əskisini tutan 5 yaşlı Xankəndindən olan qızla şəkil çəkdirməsi oldu.

Dünyanın hansı yerində 5 yaşlı qız su gətirməyə iki bayraqla gedir? Bütün bunlar həm Rusiya sülhməramlı kontingentinin bitərəf olmadığını, həm də Ermənistan ilə bərabər Rusiyanın da Birgə Bəyanatın tələblərindən imtina etdiyini göstərir. Bura bir də sülhmramlıların 9 ay əvvəl erməni silahlılarını çıxarmalı olduqlarını, lakin bu prosesin tam əks istiqamətdə aparıldığını əlavə etsək, o zaman Azərbaycanın da birgə Bəyanatdan rahatlıqla çıxa bilər. Bu isə məğlub Ermənistan üçün daha ağır sarsıntılı nəticələr vəd edir.Rusiyanın fəaliyyətləri xalqımız tərəfindən hiddətlə qarşılanır. Onların ərazilərimizdən çıxarılması dair tələblər hər gün artır. Hər iki ölkənin siyasi liderləri arasında olan pozitiv münasibətlərə Rusiya müdafiə nazirliyi hər atdığı addımla ziyan vurmağa çalışır. Azərbaycanın Müharibə zamanı Ermənistan silahlanmasında mövcud olan Rusiya silahlarının külə döndərən Azərbaycan Ordusunu qısqanan sülhməramlı  kontingentinin komandanlığı,son bir ayda Azərbaycan ilə Rusiya arasında mövcud olan müsbət münasibətlərin pozulması üçün əlindən gələn hər şeyi edir. Laçın dəhlizindən giriş çıxışa texniki vasitələrlə tam nəzarətdən tutmuş Xankəndində kimin kimlə yatmasına qədər bütün proseslərdən xəbərdar olan rəsmi Bakının səbrinin daşırmaq istəyən General Rustəm Muradov nə qədər gec deyil Azərbaycan əliboş qayıtmasını tezliklə unutmalı, siyasi proseslərdən kənar durmalı, dodaqlarını isə Arayikin dodaqlarından qoparmalıdır.

Qarabağa qalan və ya ora yeni daxil olan erməni silahlılarına və texnikalarına gəlincə isə onlar barədə Ermənistana və dəhlizə nəzarət edən rus sülhməramlılarına bir neçə dəfə xəbərdarlıq edilib, lakin bu səmərəli nəticə verməyib. Gürünür biz atı atın yanına bağlamaqla, onların həm rəngini, həm də xasiyyətlərini eyniləşdirə bilmişik. Odur ki, hər ikisini bir addımla başa salmalıyıq.Dəfələrlə səslənən nota və iradlara Rusiyadan məntiqli bir cavab ala bilmirik. Belə vəziyyətin uzun müddət davam etməməsi və paralel olaraq erməni revanşizminə son qoymaq üçün bir neçə təklifimi qeyd edə bilərəm:

1. Rusiya və Ermənistan hərbi rəhbərliyinə sülhməramlıların nəzarətində olan ərazilərdən erməni silahlılarının və texnikalarının çıxarılmasına dair konkret müddət təyin edilsin.

2. Bu müddət başa çatdıqdan sonra Ermənistan və sülhməramlıların rəhbərliyinə, sonuncunun nəzarətində olan ərazilərdə müşahidə ediləcək erməni silahlılarının və texnikalarının məhv edilməsi barədə xəbərarlıq edilsin.

3. Sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərindəErmənistan ordusunun və seperatçı qurumun hərbi geyim forması və simvollarının daşınması, həmçinin hərbi fəaliyyətlər, o cümlədən mühəndis istehkam işləri qadağan edilsin.  Bu geyim və simvollardan istifadə edənlər, o cümlədən mühəndis istehkam işləri və digər hərbi fəaliyyətlə məşğul olanlar Əsgərimiz üçün legitim hədəf olması Azərbaycan tərəfindən rəsmən elan edilsin.

4. Bu qərarı qulaq ardına vuran ilk 5 erməni terrorçusu “Böyük Ermənistan” ideyasının və “Qarabğın statusu”nun yanına göndərilsin.

5. Xocalıda, Xocavənddə və Ağdərədə mövcud olan texniki döyüş vasitələri təyin edilən müddətdə Azərbaycan ərazisindən çıxarılmasa, ultimatum müddəti bitəndən ən geçi 1 dəqiqə sonra həmintexnika parklarına artilleriya və PUA basqını həyata keçirilsin.

6. Laçın dəhlizinə daxil olmaq üçün Ermənistandan gələn hərbi maşın və texnikalar isə Gorus-Qafan yolunun Qubadlıdan keçn hissəsində heç bir xəbərdarlıq edilmədən “naməlum istiqamətdən açılan atəşlə” məhv edilsin.

7. Bundan sonra erməni nəinki Qarabağa yaxınlaşmağı və ya o ərazilərdə əlinə silah almağı yadından çıxaracaq, hətta lüt qalsa belə əyninə erməni ordusunun alt paltarını geyinməyə cürət etməyəcək.

Ədalət Verdiyev, hərbi ekspert

Leave A Reply

Your email address will not be published.

Tərcümə »