SON DƏQİQƏ! Ölkədən qaçan Əfqanıstan prezienti görün,harada imiş

Ölkəni tərk etmiş Əfqanıstan Prezidenti Əşrəf Qəninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb.

İctimai Rəy xəbər verir ki, bu iddia ilə “Kabul News” telekanalı çıxış edib.

Bildirilib ki, Ə.Qəni hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindədir.

Qeyd edək ki, “Taliban” qruplaşmasının Əfqanıstanın paytaxtı Kabili ələ keçirməsindən sonra ölkəsini tərk edən dövlət başçısının Tacikistanda, Omanda olduğu barədə iddialar yayılsa da, təkzib olunmuşdu.

Comments are closed.

Tərcümə »