Kanadada Taliban hökumətini tanınmayacaq: Biz bunu terror təşkilatı olaraq görürük.

0

Əfqanıstanda idarəçiliyi ələ alan Talibanın beynəlxalq ictimai rəydə tanınması maraq doğursa da, Kanada bu istiqamətdə ilk qərarını açıqladı.

Baş nazir Justin Trudeau Talibanı terror təşkilatı hesab etdiklərini və Əfqanıstanın rəsmi hökuməti olaraq tanımayacaqlarını söylədi.

İctimairey.az xəbər verir ki, Taliban Əfqanıstanı ələ keçirdikdən sonra dünya liderləri bir-birinin ardınca reaksiya verməyə davam edir. Kanada qanunları Əfqanıstanın demokratik hökumətini zorla ələ keçirdikləri üçün, Talibanı terror təşkilatı hesab edir. 20 il əvvəl Əfqanıstanda baş verən hadisələrdə Kanada hadisələri qınadı və növbəti addımı planlaşdırmaq üçün müttəfiqləri ABŞ və İngiltərə ilə birlikdə çalışacaqlarını bildirdi. Vətəndaşları və onlara kömək edən əfqanları təxliyə edən təyyarələri dünən axşam Kanadaya endi. Təyyarələrdən birinin Torontoya, digərinin isə Ottavaya endiyi bildirilir.

Esmira ŞÜKÜROVA.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »