Pənah Hüseynin “Taliban”la bağlı açıqlaması müzakirələrə səbəb oldu — “Təsəvvür edin, bu adam nə vaxtsa baş nazir olub”

0

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin “Taliban”la bağlı açıqlaması müzakirələrə səbəb olub.

İctimairey.az -ın xəbərinə görə, P.Hüseyn bildirib ki, Əfqanıstanda qazanılan qələbə əfqan xalqının nailiyyəti, faciə və xaos ABŞ- ın məsuliyyətidir.

Bu açıqlama sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. “Təsəvvür edin, bu adam nə vaxtsa, baş nazir olub. Bu da bunun siyasi düşüncəsi…”, “Taliban zehniyyətində adamlarsınız”, “Əfqan xalqının qələbəsi? Baş nazir olanda da, bax bu düşüncədə olduğun üçün Surət Hüseynov gələn kimi hökuməti qoyub qaçdın”, “İndi daha yaxşı anlayıram ki, siz o vaxt niyə hakimiyyətdə qalmağı bacara bilmədiniz…”, “Bu “fake” profil olmalıdır. Bu qeder dünyagörüşsüz ola bilmez”, “Pənah bəy, Kəlbəcərdən də camaat sizin siyasət nəticəsində vertolyotla şəhəri tərk edirdi Kabuldaki kimi…” tipli şərhlər verilib.

P.Hüseyn isə tənqidləri cavabsız qoyub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »