41 yaşlı kişi 16 yaşlı qızı onunla evlənmək istəmədiyi üçün silahla vurub.
İctimai Rəy Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Samsun şəhərində baş verib.
41 yaşlı kişi 16 yaşlı əmisi qızı ilə evlənmək istəyib. Buna razı olmayan əmisi qızını və əmisinin yoldaşını silahla vurub.
Belə ki, evə girən Erkan adlı şəxs özü ilə gətirdiyi silahla evdəkilərə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb. Silah səslərini eşidən qonşular polis və təcili tibbi yardıma məlumat verib. Hadisə nəticəsində qadın ölüb, qız isə ağır yaralanıb.
Cinayəti törədən şəxs isə polis tərəfindən tapılaraq istintaqa cəlb edilib. \\azxeber\\