Əfqanıstanda 16 min azərbaycanlının həyatı TƏHLÜKƏYƏ DÜŞDÜ – BAKIYA TƏCİLİ MÜRACİƏT

0

Əfqanıstanlı etnik azərbaycanlılar yenidən Bakıdan onları xilas etmələrini xahiş edirlər.

İctimairey.az-ın məlumatına görə, Əfqanıstandakı Azərbaycan diasporunun nümayəndəsi Fərid Şabanpur bildirib ki, Taliban tərəfindən ələ keçirilən Əfqanıstanın üçüncü böyük şəhəri olan Heratda təxminən 16 min etnik azərbaycanlı yaşayır.

O bildirib ki, onlardan 500-ü keçmiş yerli məmurlardır:

“Bu baxımdan ailə üzvlərinin həyatı xüsusilə təhlükədədir”.

Diaspor nümayəndəsi Azərbaycandan xahiş edir ki, Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanları bir müddət bu ölkədən çıxarsın. //Kaim.az//

Leave A Reply

Your email address will not be published.

Tərcümə »