Ramazan Kadırov: “Ən pis vəziyyətə hazır olmalıyıq”

0

Çeçenistan rəhbəri Ramzan Kadırov Əfqanıstanda baş verənləri ABŞ-ın müsəlmanlara qarşı növbəti fırıldağı adlandırıb. O, həmçinin bildirib ki, Talibana görə ən pis vəziyyətə hazırlaşmaq lazımdır.

İctimai Rəy xəbər verir ki, bunu Ramzan Kadırov oğlunun telegram səhifəsində bəyan edib.

“Oradan heç vaxt çıxmayacaqlarını bəyan edirdilər, indi hamını qoyub qaçdılar”, – deyən Kadırov əlavə edib ki, Əfqanıstanda mülki şəxslərə işgəncə verilir və öldürülür. Ramzan onu da bəyan edib ki, Taliban ABŞ layihəsidir.

“Biz, müttəfiq olan dövlətlərimiz də sərhədlərimizi gücləndirməliyik və ən pis vəziyyətə hazırlaşmalıyıq. Əmr olarsa, bizim dövlətimizə, suverenliyimizə, xalqımıza təhdid yaradarsa, onun dayandırmaq bizim üçün problem deyil”, – Kadırov deyib.

O, həmçinin Əfqanıstanla həmsərhəd ərazilər təhlükədə olduğu üçün Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan sakinlərini diqqətli olmağa çağırıb.

//Ölkə.Az//

Leave A Reply

Your email address will not be published.

Tərcümə »