Sülhməramlı missiyadan 100 könüllü Dağlıq Qarabağda müalicə olunan sakinlər üçün qan verib.
İctimairey.az Rusiya Müdafiə Nazirliyinin xəbər portalının məlumatına istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda müalicə olunan ermənilərə təxminən 40 litr qan hədiyyə edib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, bu qan tibb müəssisələrində müalicə alan vətəndaşlar, eləcə də Dağlıq Qarabağın ucqar bölgələrində demarkasiya xətti yaxınlığında yaşayanlar üçün nəzərdə tutulub.
Qan nümunəsi, Stepanakertdəki qan köçürmə şöbəsinin bazasında, sülhməramlı kontingentin xüsusi təyinatlı tibb bölməsinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
“Qan vermə prosedurunun sonunda hər bir hərbçiyə şokolad, meyvə suyu və peçenye şəklində əlavə yemək payı verilib. Bundan başqa hərbçilərdən olan bütün qan donorlarına əlavə istirahət günü veriləcək”, – Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Maksim Puqaçov deyib.
Esmira ŞÜKÜROVA,
İctimairey.az