Livanda yanacaq tankeri partlayıb: 22 nəfər ölüb

0

Livanın Akkar bölgəsində 60 min litr mazut daşıyan yanacaq tankerinin partlaması nəticəsində azı 22 nəfər ölüb, 79 yaralanıb.

İctimairey.az xəbər verir ki, bu barədə Livan Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.
Məlumatda bildirilib ki, Tleyil adlanan qəsəbədə təcili tibbi yardım avtomobilləri 79 yaralını yaxınlıqdakı xəstəxanalara çatdırıb, 22 cəsəd isə morqa aparılıb.

Növbəti insidentdən sonra Livanın keçmiş Baş naziri Saad Həriri ölkə Prezidenti Mişel Aunu istefa verməyə çağırıb. O bildirib ki, ötən ilin avqustunda Beyrutda baş verən dəhşətli partlayışdan sonra Livan idarəolunmaz vəziyyətə düşüb.

İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »