Sərt karantinlə bağlı AÇIQLAMA:SMS-icazə, ictimai-iaşə obyektləri bağlanır – bu qədər pul veriləcək(AÇIQLAMA)

0

Bildiyimiz kimi, Azərbaycanda yoluxma sayının artması ilə əlaqədar sərt karantin tədbirlərinin qəbul edilməsi gözlənilir. Bəs bu qərar qəbul edilərsə hansı sahələrdə qapanmaq gözlənilir?

İctimai Rəy  xəbər verir ki, bu barədə  açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, məhdudiyətlər gözləniləndir, ancaq müvəqqəti qadağaların ötənilki kimi SMS-icazə, mağazaların, ictimai-iaşə obyektlərinin tamamilə bağlanması, ictimai nəqliyyatın fəaliyyətinin tamamilə dayandırılması formasında olacağını güman etmir.

Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”

“Bilirsinizmi, bu qapanmalar hökümətə də sərf etmir. Bir tərəfdən vergi ödəmələrində və gömrük daxil olmalarında azalmalar olacaq, digər tərəfdən KOB subkeytlərinə dəstək paketləri, məhşur “190 manat” ödənişlərinin təkrarlanması kimi ciddi həcmdə əlavə xərclər lazım olacaq. Hələ təxmini 5%-li inflyasiyanı nəzərə alarsaq, 190 manat 200 manatla əvəz edilməlidir. Odur ki, iqtisadi aktivliyə ciddi mənfi göstərən və əlavə xərc zərurətləri yaradan qapanmalar ehtimalı azdır”.

Koronavirusun dördüncü dalğası ilə bağlı sərt qapanmaya məruz qalacaq sahələrə gəldikdə isə ekspert bildirdi ki, öncə maska ilə bağlı qərarlar sərtləşdiriləcəkdir.

“İqtisadi zərərlə müşahidə edilməyən və ya az təsirlənən sahələrdə məhdudiyyətlər tətbiq edilə bilər. Beləcə görünən budur ki, sərtləşmə olarsa “ağızlardan” başlayacaq. Birinci maskalarl ilə bağlı qayda m sərtləşdiriləcək, ardınca da məktəblər bağlanacaq”. (metbuat.az)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »