ŞAD XƏBƏR! Qazaxın 7 kəndinin taleyi həll olundu: Sərhədçilərimiz Sofulu və Barxudarlıda postlar qurdu
Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi davam edir.
İctimai Rəy-in məlumatına görə, Ermənistan KİV məlumat yayıb ki, Əskipara kəndi yaxınlığında Rusiya sərhədçilərinin qurduğu postun ardınca, işğal altındakı Sofulu və Barxudarlı kəndlərinin yaxınlığında da ikinci post yaradılıb.
Bu barədə həmin kəndlərin qonşuluğunda yerləşən Azatamut qəsəbəsinin sakinləri məlumat verib.
Ermənistan mediası sərhəd postlarının yaradılmasını yaxınlarda həmin ərazilərin Azərbaycana qaytarılması ilə əlaqələndirir. \\Redaktor.az\\