“Sənə qeyrətə gəlmək üçün 19 il lazım oldu?” — Tofiq Zülfüqarovdan sərt cavab

0

Bu gün xarici işlər naziri Tofiq Zülfüqarov onun haqqında təhqir  yazanlara cavab verib. 

İctimai Rəy xəbər verir ki, Zülfüqarov sözügedən şəxsləri troll adlandırıb:

“Ay trollar, İsfəndiyar Rusiyada erməni təbliğatına mövzu verdi və onlar bunun səviyyəsiz çıxışını hər yerdə yayırlar. Bunu başa düşmək üçün Allah sizə ağıl versin”.

Eks-nazirin bu rəyinə Mahmud Hüseynov adlı sosial şəbəkə istifadəçisi belə münasibət bildirib:  “Xalqı təhqir etmək olmaz, hər xalqın yaxşısı var, pisi var. Rus xalqının da Dostoyevskisi, Tolstoyu var, amma bizim xalqımızın da Nizamisi, Füzulisi, Şah İsmayılı var. Əlbəttə, sənin kimilər də var. Bəs bizim xalqı “qoyun” adlandıranda niyə susurdun?”.

Tofiq Zülfüqarov isə həmin şəxsə öz istefasını və 19 ildir həmişə doğru sözü dediyini xatırladıb: “Bunu donuz Jirinovski deyib və onu söymək lazım idi. Gərək, İsfəndiyar mən dediyim səhvi eləməyəydi. Men susmurdum, çünki 1999-cu ildə istefaya Vəfa Quluzadə və Eldar Namazovla getdim… Bəs sən özün niyə 19 il susurdun? Nə oldu, səsin çıxmır? Sənə də qeyrətə gəlmək üçün 19 il lazım oldu ki, 2002-də deyilən sözə indi cavab verirsən?”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »