Azərbaycanda xəstəxanalar boşaldılır? – VƏZİYYƏT AĞIRLAŞIR…

0

Karantinlə bağlı məhdudiyətlərin ləğvindən sonra ölkədə yolxuma sayı yenidən artmağa başladı. Yoluxma bu sürətlə davam edərsə xəstəxanalarda çarpayı yetərli olacaqmı?

İctimai Rəy xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-terapevt Məlahət Abbasov cavablayıb. O bildirib ki, xəstəxanalarda xəstələrin müalicəsi üçün kifayət qədər yer var:

“Təəssüf ki, son günlər yoluxma sayı yenidən artmağa başlayıb. Bəziləri bu rəqəmlərin real olduğunu dərk etmir. Həqiqətən də aktiv xəstələrlə bağlı müraciətlərin sayı durmadan artır. Bununla yanaşı xəstəxanalarda xəstələri qarşılayacaq qədər boş yer var. Adətən xəstəxanada vəziyyəti ağır olanlar, oksigen çatışmazlığı olan şəxslər  müalicə alır. Digər xəstələr ev şəraitində müalicəsini davam etdirir”.

Həkim bildirib ki, qadağalar bərpa olunmalıdır:

“Bütün hallarda düşünürəm ki, qadağalar yenidən bərpa edilməlidir. Xəstə sayı bunu deməyə vadar edir. Yoluxmanın qarşısını almaq üçün qadağalar vacibdir”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »